atatv.az
atatv.az

“Jara-2019” Beynəlxalq Musiqi Festivalı başa çatıb

29-07-2019, 08:32

“Jara-2019” Beynəlxalq Musiqi Festivalı başa çatıb

Bakıda, “Sea Breeze Resort” istirahət mərkəzində iyulun 25-dən start götürən “Jara-2019” Beynəlxalq Musiqi Festivalına yekun vurulub.

AZƏRTAC xəbər verir ki, festivalın sonuncu gecəsində dünyaca məşhur estrada ulduzlarının ifaları ilə müşayiət olunan xoreoqrafik səhnəciklər, fərqli dekorasiyalar, işıq və lazer şousu təqdim edilib.

Musiqili gecədə məşhur estrada ulduzları və qruplar Emin, Timati, Nazima, TERNOVOY, Doni, Mişa Marvin, Klava Koka, Natan, Qriqori Leps, Ciqan, MOLLY, Loboda, HammAli i Navai, CYGO, Mari Kraymbreri, Rauf, Faiq, ZOMB, Nyuşa, Lyubov Uspenskaya, Rasa, Kosmos Girls, Elvin Qrey, Ellai, MOT, Aısel, Asammuell, Babək Məmmədrzayev, Samra, Fika, İsayya, Evqeniya Mayer, Velvet, Aleksandr Panayotov, Slava, Yuliya Kovalçuk, JONY, Elman, Andro, Gemini, Alessandra, Anna Sedokova, Timur Rodriqez, TEREZA və Serebro bir-birindən maraqlı mahnılarla çıxış ediblər.

Festival estrada ulduzlarının səhnəyə çıxaraq birgə ifası və atəşfəşanlıq ilə yekunlaşıb.

“Jara 2019” Beynəlxalq Musiqi Festivalında dörd gün ərzində əsl bayram ab-havası yaşanıb. İki yüzdən çox məşhur estrada ulduzunun iştirak etdiyi budəfəki festival həm də yüksək səviyyədə təşkilatçılığı ilə yadda qalıb.

Artıq dördüncü ildir keçirilən festivalın təşkilatçıları müğənni və bəstəkar, Azərbaycanın Xalq artisti Emin Ağalarov, Rusiyanın Əməkdar artisti Qriqori Leps, “Russkoye radio”nun və “Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikovdur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30