atatv.az
atatv.az

General Əlixanov işdən çıxarıldı- Səs yazısı

3-05-2018, 14:26

General Əlixanov işdən çıxarıldı- Səs yazısı
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin rəis müavini, ədliyyə general-mayoru Hüseyn Əlixanov vəzifəsindən azad edilib.
Atatv.az Unikal.org-a istinadən xəbər verir ki, ədliyyə general-mayoru Hüseyn Əlixanov tutuduğu vəzifədən azad olunaraq təqaüdə göndərilib.

Məsələ ilə bağlı sayta açıqlamasında Hüseyn Əlixanov işdən getməsini təsdiqləyib: "Mən işləmirəm artıq, təqaüdə çıxmışam. Hələki yerimə təyinat yoxdur”.

***

"Qafqazinfo" xəbər verir ki, Hüseyn Əlixanov bir müddət əvvəl məhbuslar- "Qoca" ləqəbli avtoritet Etibar Məmmədov və Əli Ağaminin xüsusi təyinatlı vaqondan qaçması ilə gündəmə gəlmişdi. Belə ki, generalın bacısı oğlu, qarovul rəisi Ceyhun Səmədov ölkə gündəmini zəbt edən bu olayla bağlı saxlanılmışdı. O, Cinayət Məcəlləsinin 308.2-ci maddəsi (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) ilə cinayət məsuliyyətinə cəlb olunub və barəsində həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, ötən il oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü Etibar Məmmədov və 1989-cu il təvəllüdlü Əli Ağami qaçıblar.

E.Məmmədov saxlanılması üçün keçirilən əməliyyat zamanı silahlı müqavimət göstərdiyi üçün öldürülərək zərərsizləşdirilib. Ə.Ağami isə Şirvan şəhərində saxlanılıb.

***



Qeyd edək ki, generalın işdən çıxarılıb – çıxarılmaması haqda bir-birini təkzib edən açıqlamalar da yayılıb.

Belə ki, Penitensiar Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, H. Əlixanov işdən çıxarılmayıb: “O, hazırda məzuniyyətədədir. Mayın sonuna qədər məzuniyyət müddəti var. Rəsmi şəkildə işdən çıxarılmayıb”.

Amma xidmətin digər əməkdaşı Trend-ə açıqlamasında generalın vəzifədən azad edildiyini bildirib.

Bundan başqa H. Əlixanov başqa bir sayta açıqlamasında məzuniyyətdə olduğunu deyib.

Belə bir durumda xəbərin ilk mənbəsi unikal.org saytı generaldan aldığı açıqlamasının səs yazısını yayıb. Açıqlamada general artıq təqaüdə çıxdığını deyir. Həmçinin, yerinə təyinat olmadığını da qeyd edir.

Səs yazısını təqdim edirik:






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930