atatv.az
atatv.az

Röya cəmi 1 ay dözə bildi

30-07-2019, 12:59

Röya cəmi 1 ay dözə bildi

Əməkdar artist Röya Ayxan uzun fasilədən sonra yenidən İnstaqrama qayıdıb.
Axşam.az-ın məlumatına görə, müğənni aparıcı Nəsib Nurun həyat yoldaşı Pərvanənin ad günündən foto paylaşaraq onu təbrik edib.

Röyanın 1 aydan sonra yenidən fotosunu yayımlaması izləyicilərini də təəccübləndirib. İstifadəçilər müğənniyə onun üçün darıxdıqlarını yazıblar.

Qeyd edək ki, Röya sosial şəbəkədən getməsini virtual həyatının şəxsi münasibətlərinə zərər verməsi ilə əlaqələndirib. "Yavaş-yavaş anladım ki, İnstaqram həyatımızdan yaddaşımızı, dostluğumuzu pozur. Biz artıq otururuq, danışmağa söz tapmırıq. Çünki hər şeydən orada xəbərdarsan, hər şeyi bilirsən və sair" deyə, Röya bildirmişdi.

Onu da bildirək ki, Röyanın İnstaqramda 1,8 milyon izləyicisi var.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031