atatv.az
atatv.az

"Ermənistanın dövlət olmasının günahkarı özümüzük" - Qafar Çaxmaqlı: “İrəvanı ermənilərə VERMƏMƏLİ İDİK"

31-07-2019, 13:32

"Ermənistanın dövlət olmasının günahkarı özümüzük" - Qafar Çaxmaqlı: “İrəvanı ermənilərə VERMƏMƏLİ İDİK"

Ermənistanın müstəqil dövlət olmasının günahkarı özümüzük.

Redaktor.az bildirir ki, bu sözləri politoloq, ermənişünas Qafar Çaxmaqlı modern.az-a müsahibəsində deyib.



Q. Çaxmaqlı bildirib ki, İrəvanı ermənilərə bəxşiş olaraq verməklə bugünkü Dağlıq Qarabağ münaqişəsinin əsası qoyulub:

“1918-20-ci illərdə Qafqazda erməni dövlətinin qurulması məsələsi yox idi. Bu, yalnız XX əsrin əvvəllərində ortaya çıxdı. Ona qədər ermənilərin milli düşüncəsində Ermənistan dövlətinin Şərqi Anadoluda yaradılması ilə bağlı plan vardı və onların təbirincə “Klikiya Ermənistanı” - indiki Çuxurova onlara birləşdiriləcəkdi. Onlar Doğu Anadoluda dövlət əldə edəcəklərini düşünürdülər. 1915-ci ildə Osmanlı dövləti “Təhcir qanunu”nu qəbul etdi və o ərazilərdən erməni əhalisini köçürtdü. Əhali köçürüləndən sonra “ermənisiz erməni dövləti” yaratmaq mümkün olmadı. Bundan sonra erməni siyasi təşkilatları planlarını dəyişdirdilər. Heç olmasa, Cənubi Qafqazda bir erməni oluşumuna nail olmaq üçün mübarizə etdilər. Burada çox böyük bir boşluq var idi, erməni dövləti də o boşluğun nəticəsində ortaya çıxdı. Ermənistan müstəqil dövlət olmaya bilərdi. Onun da günahkarı özümüzük”.

Q. Çaxmaqlı vurğulayıb ki, İrəvanın verilməsi də bizim acizliyimizin nəticəsi idi:

“İrəvanı ermənilərə verməməli idik. Ermənilər konfederativ şəkildə Azərbaycanın tərkibində muxtar statuslu quruluş ola bilərdi. Çünki 9 min kvadrat km ərazi ilə dövlət yaratmaq olmazdı. Ona görə də bu ərazilərin bir az da genişləndirilməsi lazım idi. Bu ərazilər də Azərbaycanın torpaqları hesabına genişləndirildi. Sovet hökuməti vaxtlarında Ermənistanın ərazisi artıq 29,5 kvadrat km-ə çatmışdı. İrəvanın verilməsi məsələsi isə parlamentdəki bir ovuc erməninin iradəsini yenə bilmədiyimizə görə oldu. Basqıların qarşısında dura bilmədik. Ermənilərin Dağlıq Qarabağ və Zəngəzurdan vaz keçəcəyinə sadəlöhvcəsinə inandıq”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930