atatv.az
atatv.az

Xırdalana gedən yol 20 gün BAĞLANACAQ - SƏBƏB

31-07-2019, 15:54

Xırdalana gedən yol 20 gün BAĞLANACAQ - SƏBƏB

Xırdalanda nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulacaq.

Anews.az APA-ya istinadən bildirir ki, Abşeron rayonunun mərkəzi Xırdalan şəhərinin Heydər Əliyev prospektində avtomobil yolu birtərəfli nəqliyyat vasitələrininin hərəkəti üçün 20 gün müddətində bağlı olacaq. Xırdalan dairəsi istiqamətindən prospektin M.Rəsulzadə küçəsi ilə kəsişməsinədək "Azərsu” ASC tərəfindən su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işləri aparılır. Su-kanalizasiya xəttinin çəkilişi yekunlaşdıqdan sonra bütün avtomobil yollarının, prospekt və küçələrinin asfalt örtüyü yenilənəcək.

Yaranmış narahatlıqla bağlı "Azərsu” ASC Xırdalan sakinlərindən üzr istəyir və sürücülərdən alternativ yollardan istifadə etmələrini tövsiyə edir.
Məlumat üçün bildirək ki, hələ 2017-ci ilin əvvəlində Xırdalan şəhəri Heydər Əliyev prospektinin genişləndirilməsi və abadlaşdırılması nəzərdə tutulmuşdu. Sözügedən layihənin həyata keçirilməsi və H.Əliyev prospektinin hər iki istiqamətinin qazılaçağını nəzərə alaraq abadlıq işi ləngidilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930