atatv.az
atatv.az

Ermənistan yarım milyard borc axtarır - Ümid yenə ruslara qalıb

3-08-2019, 11:15

Ermənistan yarım milyard borc axtarır - Ümid yenə ruslara qalıb

Ermənistanın xarici dövlət borcu 2019-cu ilin ikinci yarısından sonra da artacaq.

Azvision.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, hökumət təxirəsalınmaz xərclər üçün vəsait cəlb edəcək. Ümumiyyətlə, 2019-ci ildə Ermənistan təxminən 490 milyon dollar xarici kredit alacaq. Bu vəsaitin 40% -i Rusiyadan cəlb ediləcək.
Bundan başqa, Dünya Bankından suvarma sistemlərinin və elektrik xətlərinin yenilənməsi, yolların tikintisi, şəhərlərdə abadlıq işlərinin aparılması ilə bağlı kreditlər gəlməkdə davam edir. Bu il Ermənistan, həmçinin ümumi büdcə dəstəyi üçün kredit götürməyə davam edəcək.

Yeni büdcə idarəetmə siyasətinə görə, dövlət əməkhaqqı və pensiyaların ödənilməsi üçün müstəqil şəkildə qazanmalı və yalnız inkişaf layihələri (infrastruktur və s.) üçün kredit götürməlidir. Amma Ermənistan hökuməti bu il büdcə kreditləri üçün də vəsait cəlb edilməyə məcburdur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031