atatv.az
atatv.az

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov vətəndaşlarla növbəti dəfə görüş keçirib.

6-08-2019, 13:04

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov vətəndaşlarla növbəti dəfə görüş keçirib.


AtaTv.az xəbər verirki Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov vətəndaşlarla növbəti dəfə görüş keçirib. “Açıq mikrofon” şəraitində baş tutan görüşdə vətəndaşların təklif, müraciət və şikayətlərinə baxılıb. Sakinlərlə görüşlər Prezident İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq keçirilir. Məqsəd sakinləri narahat edən məsələlərdən xəbərdar olmaq, mövcud problemləri aradan qaldırmaqdır.

İşlə təminat, məhəllədaxili yolların təmiri və işıqlandırılması, çoxmərtəbəli binaların dam örtüyünün yenilənməsi kimi məsələlər müraciətlərin əsasını təşkil edib. Sadılı qəsəbəsində yaşanan nəqliyyat probleminin aradan qaldırılması üçün 26 nömrəli marşrut xəttinin xidmət yolunun uzadılması və ya əlavə marşrut xəttinin açılması, sahibsiz itlərlə bağlı tədbir görülməsinə dair də xahişlər edilib.

Niyazi Bayramov bilirib ki, Gəncə daim Prezident İlham Əliyevin diqqətindədir. Şəhər rəhbəri Prezident İlham Əliyevin müvafiq sərəncamlarına uyğun olaraq Gəncədə aparılan abalıq-quruculuq işlərindən söz açıb. O bildirib ki, şəhərin su-kanalizasiya sistemi yenidən qurulur, bir sıra küçələrdə asfalt örtüyü yenilənir, həmin ərazilərdə müasir işıqlandırma sistemi yaradılır, çoxmənzilli binaların dam örtüyü dəyişdirilir. Görülən işlər mərhələli şəkildə davam etdiriləcək.

Görüşdə sakinlərin fərdi problemləri də dinlənilib. Səsləndirilən bir çox məsələlər yerindəcə öz həllini tapıb. Bəzilərinin isə araşdırılaraq aradan qaldırılmaları üçün aidiyyatı idarə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov vətəndaşlarla növbəti dəfə görüş keçirib.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov vətəndaşlarla növbəti dəfə görüş keçirib.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov vətəndaşlarla növbəti dəfə görüş keçirib.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov vətəndaşlarla növbəti dəfə görüş keçirib.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov vətəndaşlarla növbəti dəfə görüş keçirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031