atatv.az
atatv.az

Bakıda ərəb turistlərin kirayə yaşadığı evə basqın - BİRİ QADIN - TƏFƏRRÜAT

8-08-2019, 14:47

Bakıda ərəb turistlərin kirayə yaşadığı evə basqın - BİRİ QADIN - TƏFƏRRÜAT

Bakıda ərəblərin kirayə yaşadığı evə basqın edən şəxslər tutulublar.

"Ölkə.Az" xəbər verir ki,hadisə avqustun 5-də Səbail rayonu ərazisində qeydə alınıb.

Belə ki, Səudiyyə Ərəbistanından Azərbaycana turist kimi gəlmiş iki nəfərin kirayədə yaşadıqları mənzilə basqın olub. Mənzilin qapısının açıq olduğunu görən 4 naməlum şəxs evə daxil olduqdan sonra ərəbləri sözlə hədələyərək onlardan 1700 manat pul və 5 ədəd mobil telefon alıblar. Daha sonra onların əllərini bağlayaraq oranı tərk ediblər.

Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətinin rəisi Elşad Hacıyev "Ölkə.Az"a faktl təsdiqləyib.

O bildirib ki, hadisə ilə bağlı DİN-ə məlumat daxil olan kimi polis əməkdaşları əməliyyat-axtarış tədbirlərinə başlayıb.

Avqustun 7-də isə DİN-in Baş Cinayət Axtarış İdarəsi, Bakı Şəhər Baş Polis İdarəsi və Səbail Rayon Polis İdarəsinin 39-cu PB-i əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə biri qadın olmaqla şübhəli bilinən Bakı şəhər sakini 1994-cü il təvəllüdlü V.Abbasov, Kürdəmir rayon sakinləri Ş. Abdullayev, A.Qəmbərova və Biləsuvar rayon sakini E.Ağakərimov saxlanılıb.

Hazırda faktla bağlı araşdırma aparılır, zəruri əməliyyat istintaq tədbirləri həyata keçirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930