atatv.az
atatv.az

Ərdoğanın Bakıya səfər tarixi bilindi

9-08-2019, 10:16

Ərdoğanın Bakıya səfər tarixi bilindi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıya səfərinin tarixi açıqlanıb.

“Takvim” xəbər verir ki, R.T.Ərdoğan oktyabrın 3-də Azərbaycana gələcək.

O, Bakıda keçiriləcək Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının iclasında iştirak edəcək.

Bundan əvvəl, sentyabrın 11-də dövlət başçısı Ankarada Türkiyə, Rusiya və İran tərəfinin iştirakı ilə Suriya məsələsi üzrə zirvə görüşündə qatılacaq. Görüşdə İdlib və Fəratın şərqindəki proseslər daxil olmaqla, Suriyada baş verən hadisələr müzakirə olunacaq. Həmçinin, “sülh dəhlizi”nin yaradılması planları ilə bağlı danışıqlar aparılacaq.

24 sentyabrda isə Türkiyə Prezidenti BMT Baş Assambleyasının sessiyasında iştirak edəcək.

Qeyd edək ki, Türk Şurası 2009-cu il oktyabrın 3-də Naxçıvanda yaradılıb. Şuranın məqsədi üzv dövlətlər arasında hərtərəfli əməkdaşlığı inkişaf etdirməkdir.

Təşkilata Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstan daxildir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031