atatv.az
atatv.az

Azərbaycan cüdoçuları Macarıstanda təlim-məşq toplanışında olublar

9-08-2019, 13:58

Azərbaycan cüdoçuları Macarıstanda təlim-məşq toplanışında olublar
Avqustun 25-də Yaponiyanın paytaxtı Tokio şəhərində start götürəcək cüdo üzrə dünya çempionatına hazırlıqlarını davam etdirən Azərbaycan milli komandası Macarıstanda təlim-məşq toplantısında olublar.

Redaktor.az-ın məlumatına görə, Avropa Cüdo İttifaqının təşkilatçılığı ilə baş tutan məşqlərə Azərbaycan cüdoçuları ilə yanaşı, Koreya, Fransa, Almaniya, Rusiya, Ukrayna, İtaliya, Monqolustan, Macarıstan, Çexiya, Türkiyə, Braziliya və digər ölkələrin yığmaları qatılıb.

Tata şəhərində keçirilən təlim-məşq toplantısında həm kişilər, həm də qadınlardan ibarət milli komandamızın cüdoçuları iştirak edib.

Xatırladaq ki, cüdo üzrə növbəti dünya çempionatı avqustun 25-dən sentyabrın 2-dək Tokio şəhərində olacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031