atatv.az
atatv.az

Rəşad Atakişiyevin yaxınından açıqlama

9-08-2019, 22:25

Rəşad Atakişiyevin yaxınından açıqlama

"MİQ-29 təyyarəsinin bəzi fraqmentləri tapılıb. Bununla bağlı başqa ciddi məlumat yoxdur. Həmin fraqmentlərin türkiyəli mütəxəssislər tərəfindən tapıldığı bildirilir, amma bu rəsmən təsdiqlənməyib. Bir azərbaycanlı dalğıcla, bir türk dalğıc suya girib, şəkillər çəkiblər”.


Anews.az xəbər verir ki, bunu modern.az-a açıqlamasında iyulun 24-dən Xəzərdə itkin düşən pilot Rəşad Atakişiyevin qayınatası, sabiq dövlət müşaviri Qabil Hüseynli deyib.


Sabiq dövlət müşaviri bildirib ki, axtarışların aparılmasına hava imkan vermir: "Təyyarənin qalıqlarına doğru birinci hərəkət edən türk dalğıc olub. Bizdə olan məlumata görə, axtarışları bu gün də davam etdirməlidirlər. Ancaq hava şəraiti imkan vermir. Dalğıclar aşağı düşə bilmirlər”


Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MİQ-29 təyyarəsi iyulun 24-ü gecə təlim-məşq uçuşu keçirən zaman qəzaya uğrayıb. Xəzər dənizinə düşən hərbi təyyarəni idarə edən pilotumuz polkovnik-leytenant Rəşad Atakişiyev də itkin düşüb.

Təyyarənin Xəzər dənizinə düşdüyü ərazi avqustun 8-də axşam saatlarında müəyyəb edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031