atatv.az
atatv.az

Rəqqasə prezidentliyə namizəd oldu

10-08-2019, 10:26

Rəqqasə prezidentliyə namizəd oldu

Tunisdə 21 yaşlı effektli şouları ilə tanınan müğənni və göbək rəqsi ifaçısı olan Nərmin Sfar sentyabrın 15-də baş tutacaq prezident seçkilərinə namizədliyini irəli sürəcək, o, bu barədə Sfar özünün 294 min abunəçisi olan "Instagram” səhifəsində məlumat verib.


Sənətçi seçicilərin 35 mindən çoxunun imzasını toplayıb. Bu isə prezident seçkilərində iştirak üçün nəzərdə tutulan minimal saydan düz üç dəfə çoxdur.


Rəqqasə, prezident seçiləcəyi təqdirdə, ölkədə çörəyin qiymətini aşağı salmaq və qadınların hicab taxmaq mütləqliyini ləğv etmək istədiyini qeyd edib.


Qeyd edək ki, prezident kürsüsü uğrunda, Nərmin Sfarla bərabər, daha 55 namizəd mübarizə aparacaq. Tunisin Baş naziri Yusif Şahid də seçkilərdə iştirak etmək niyyətində olduğunu bildirib.


Xatırladaq ki, Tunisdə vaxtından qabaq prezident seçkiləri ölkə başçısı Əl-Baci Haid əs-Sebsi iyulun 25-də öldüyü üçün keçirilir. O, hərbi xəstəxanada 92 yaşında dünyasını dəyişib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031