atatv.az
atatv.az

“JEK” işçisinin borcu 30 milyon dollara çatdı: Ayda 200 dollar ödəyə biləcəyini deyir

12-08-2019, 10:31

“JEK” işçisinin borcu 30 milyon dollara çatdı: Ayda 200 dollar ödəyə biləcəyini deyir

Moskva ətrafında mənzil-kommunal təsərrüfat birliyinin əməkdaşı böyük borca düşüb. Onun borclarının məbləği 2 milyard rubla (təxminən 30 milyon dollar) çatıb.
Bizimyol.info xəbər verir ki, Moskva vilayətində yerləşən Voskresensk şəhərində "JEK”in xadiməsi böyük borcu ödəmək məcburiyyətində qalıb. Qadın əməkdaş ayda uzağı 15 min rubl (200 dollardan çox) ödəyə biləcəyini söyləyib.
"JEK” işçisinin dediyinə görə, bir neçə il əvvəl səriştəsizliyindən istifadə edərək, ona bəzi sənədlərə imza atdırıblar. Beləcə, bir şirkətin təsisçisi və direktoruna çevrilib. Amma özünün bundan xəbəri olmayıb. Şirkət bankdan 32 milyon dollar götürüb, sonra müflis elan edilib. İndi borc qadının üzərində qalıb.
Əmanətlərin sığortalanması agentliyi 2 milyard dolları qadından almaq fikrindədir. İş məhkəmədədir. Qanunvericiliyə görə, 30 min rubl məvacib alan mənzil-kommunal təsərrüfat birliyinin əməkdaşı bunun maksimum yarısını iddiaçı tərəfə verə bilər. Deməli, borcun qaytarılması üçün 259,7 il gözləmək lazımdır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031