atatv.az
atatv.az

Azərbaycan, Rusiya, Qazaxıstan və İran hərbi dənizçiləri artilleriya atışları yerinə yetirib

14-08-2019, 13:20

Azərbaycan, Rusiya, Qazaxıstan və İran hərbi dənizçiləri artilleriya atışları yerinə yetirib

“Dəniz kuboku - 2019” müsabiqəsində Azərbaycan, Rusiya, Qazaxıstan və İran hərbi gəmilərinin ekipajları hava hədəflərinə artilleriya atışları yerinə yetiriblər.

Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, bu mərhələdə komandalara şərti düşmənin təyyarəsi gəmiyə aviasiya bombası atdıqdan sonra hava hədəfinin artilleriya atəşləri ilə məhv edilməsi tapşırılıb.

Gəmilərin vaxtında gəlməsinə və hədəflərin məhv edilməsinə görə beynəlxalq hakimlər briqadası tərəfindən qiymətləndirmə aparılıb.

Mərhələnin nəticələrinə əsasən Azərbaycan komandası 38 balla birinci, Rusiya 19 balla ikinci, İran 16 balla üçüncü, Qazaxıstan dənizçiləri isə 12 balla dördüncü yerlərdə qərarlaşıblar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829