atatv.az
atatv.az

"Qarabağ"da hər şey əla idi" - Beqoviç

21-02-2020, 13:47

"Qarabağ"da hər şey əla idi" - Beqoviç


“İlk ayım problemsiz keçdi. Klubda və şəhərdə hər şeydən məmnunan. “Milan”a gələndə onun böyük bir klub olduğunu görmək olar”.

Qol.az xəbər verir ki, bu sözləri mövsümün ilk yarısını icarə əsasında "Qarabağ"da keçirmiş Asmir Beqoviç deyib. Bosniyalı qolkiper ölkəsinin mətbuatına müsahibəsində “Milan”a transferindən danışarkən “Qarabağ”dakı çıxışının ona çox faydalı olduğunu bildirib:

“Qarabağ"da vəziyyət əla idi. Bir çox oyunlarda meydana çıxdığım üçün indi burada yüksək səviyyəli matçlara hazırlaşmaq çətin olmur".

Bosniya və Herseqovina millisinə qayıdışı ilə bağlı sualı cavablandıran təcrübəli qapıçı yenidən yığmada çıxış etməyə hazır oduğunu qeyd edib: "Millidə oynamaq mənim üçün problem deyil. Bilirəm ki, yığmanın qapısını qoruya bilərəm. Çünki təcrübəm var. Ən əsası, yaxşı nəticə qazanmaqdır. Yeni baş məşqçi Bajeviç ədaləti adamdır. Mənimlə görüşdü, xeyli söhbət etdik".

Beqoviç komanda yoldaşı Zlatan İbrahimoviçlə bağlı da danışıb: "Zlatan yaxşı futbolçu və yaxşı oğlandır. Tez-tez Bosniya dilində danışırıq, mədəniyyətimizi sevir. Düşünürəm ki, İbrahimoviç bizim mentalitetimizə sahibdir. O, əsl liderdir. Bəzən məndən ölkəmiz haqqında soruşur”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930