atatv.az
atatv.az

Ronaldu bu kluba keçə bilər

30-05-2018, 11:43

Ronaldu bu kluba keçə bilər
Madridin "Real" futbol klubunun hücumçusu Kriştianu Ronaldu "PSJ" klubuna keçməyə hazırlaşır


Atatv.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Lenta.ru" məlumat yayıb.

Məlumata əsasən, portuqal forvardın agenti Jorje Mendeş Fransa klubunun rəsmiləri ilə transfer danışıqlarında iştirak etmək üçün Parisə uçub.

Mayın 26-da "kral" kubunun heyətində Çempionlar Liqasının beşinci dəfə çempionu olmuş Ronaldu, turnirin rekordçusuna çevrilib.

Matçdan sonra futbol karyerasının gələcəyi haqda yaxın günlərdə açıqlama verəcəyini bildirmişdi.

"AS" nəşrinə görə, Ronaldu "Real"ın təklif etdiyi yeni müqavilənin şərtləri ilə razılaşmır və komandanı tərk etmək istəyir.

Xatırladaq ki, "Ronaldu" "Real"a 2009-cu ilin iyul ayında "Mançester Yunayted" klubundan keçib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930