atatv.az
atatv.az

“Qarabağ“dan transfer: ilk legioner gəldi

2-06-2018, 17:28

“Qarabağ“dan transfer: ilk legioner gəldi
"Qarabağ" ilk əcnəbi transferini reallaşdırıb.

Aut.az xəbər verir ki, Ağdam klubu "Qəbələ"dən Filip Ozobiçi heyətinə qatıb. Bölgə klubundan ayrılan orvat futbolçu ilə bir illik müqavilə imzalanıb.

Qeyd edək ki, Ozobiç əvvəllər Rusiyanın "Spartak" (Moskva), Xorvatiyanın "Hayduk" və "Slaven" klublarında çıxış edib. 2016-cı "Qəbələ"yə transfer olunan 27 yaşlı yarımmüdafiəçi ölkəmizdə 74 rəsmi oyun keçirib və 25 qol vurub. Ozobiç Xorvatiyanın bütün aşağı yaş qrupları üzrə yığmalarında çıxış edib və ötən il dəvət aldığı A millidə iki oyuna çıxıb.

Onu da qeyd edək ki, "Qarabağ" "Sumqayıt"dan Cavid İmamverdiyev və "Səbail"dən Rahil Məmmədovla da anlaşıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930