atatv.az
atatv.az

Rəşad Sadıqov "Qarabağ"dan ayrıldı

15-07-2020, 19:23

Rəşad Sadıqov "Qarabağ"dan ayrıldı


Azərbaycan millisi və "Qarabağ"ın sabiq kapitanı Rəşad Sadıqov Ağdam klubu ilə vidalaşıb.

Atatv..az xəbər verir ki, bu barədə Sadıqov İnstaqram səhifəsində yazıb:

"Əziz, "Qarabağ" azarkeşləri, "Qarabağ" ailəsi. "Qarabağ"ın formasını 11 il böyük qürur və fəxr hissiylə daşıdım. Bildiyiniz kimi, ötən mövsümün sonunda karyeramı başa vurdum. Çox götür-qoy etdikdən sonra heç də asan olmayan qərar verdim. Bunu açıqlamaq düşündüyümdən də ağır oldu. "Qarabağ"dan ayrılıram. Klubun rəhbərliyinə, məşqçilər korpusuna, komanda yoldaşlarıma və azarkeşlərə hər şeyə görə təşəkkür edib uğurlar arzu edirəm", - deyə o bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31