ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Albert Riera “Qalatasaray”a qayıtdı

Baxış Sayı:35

Albert Riera “Qalatasaray”a qayıtdı

"Qalatasaray"ın sabiq futbolçusu Albert Riera yenidən Türkiyə klubuna qayıdıb.

İspaniyalı bu dəfə məşqçi kimi İstanbul təmsilçisinə xidmət edəcək.

Mövsüm başa çatdıqdan sonra əsas köməkçi məşqçi Hasan Şaşla yollarını ayıran "cim-bom" yaranmış boşluğu məhz Riera ilə doldurub. Qısa müddət sonra məşqlərə qoşulacaq 38 yaşlı məşqçi baş məşqçi Fatih Terimin əsas köməkçisi kimi fəaliyyət göstərəcək.

Qeyd edək ki, "Qalatasaray"ın məşqçilər korpusunda yer alacaq digər yeni sima karyerasını bitirən Səlçuk İnandır.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR