atatv.az
atatv.az

DÇ-2018-ə bir gün qalmış İspaniya millisinin baş məşqçisi qovuldu

13-06-2018, 15:23

DÇ-2018-ə bir gün qalmış İspaniya millisinin baş məşqçisi qovuldu
İspaniya millisinin baş məşqçisi Xulen Lopeteqi vəzifəsindən qovulub.

Oxu.Az xəbər verir ki, İspaniya futbol federasiyasının prezidenti Luis Rubiales keçirilən xüsusi mətbuat konfransında mütəxəssislə müqavilənin ləğv edildiyini elan edib.

“Biz Xulen Lopeteqi ilə müqaviləni pozmalı olduq. Ona uğurlar arzulayırıq. Millinin qazanacaqları uğurlar onun işlərinin nəticələridir”, - prezident deyib.

Dünən məlum olub ki, Lopeteqi Madridin “Real” klub ilə üç illik müqavilə bağlayıb. Ötən ay isə baş məşqçi İspaniya millisi ilə iki illik müqavilə bağlamışdı.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930