atatv.az
atatv.az

Bu gün Çempionlar Liqasının II təsnifat mərhələsinə start veriləcək

24-07-2018, 10:02

Bu gün Çempionlar Liqasının II təsnifat mərhələsinə start veriləcək
Bu gün UEFA Çempionlar Liqasında II təsnifat mərhləsinə start veriləcək.

"Report"un məlumatna görə, ilk oyun günündə 7 qarşılaşma baş tutacaq. Azərbaycan milli komandasının futbolçusu Riçard Almeydanın çıxış etdiyi Qazaxıstanın "Astana" klubu da bu mərhələdə ilk oyununu keçirəcək. "Qəbələ"nin sabiq baş məşqçisi Roman Qriqorçukun rəhbərlik etdiy kollektiv Astanada Danimarka "Mityulland"ini sınağa çəkəcək.

Çempionlar Liqası

II təsnifat mərhələsi, ilk oyunlar

23 iyul


18:00. "Astana" (Qazaxıstan) - "Mityulland" (Danimarka)

20:00. ÇFR (Kluj, Rumıniya) - "Malmö" (İsveç)

21:30. PAOK (Yunanıstan) - "Bazel" (İsveçrə)

22:00. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Hapoel" (Beer-Şeva, İsrail)

22:15. "Şkendiya" (Makedoniya) - "Şerif" (Moldova)

22:30. "Srvena Zvezda" (Serbiya) - "Suduva" (Litva)

23:00. "Legiya" (Varşava, Polşa) - "Spartak" (Trnava, Slovakiya)

Qeyd edək ki, "Qarabağ" Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununu iyulun 25-i keçirəcək. Ağdam təmsilçisi səfərdə Albaniyanın "Kukesi" klubu ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930