atatv.az
atatv.az

Rauf Əliyev “Qəbələ”də

28-03-2018, 17:56

Rauf Əliyev “Qəbələ”də
“Qəbələ” heyətini yeni futbolçu ilə gücləndirib.

Oxu.Az xəbər verir ki, “qırmızı-qaralar” Rauf Əliyevlə bir illik müqavilə imzalayıb.

29 yaşlı hücumçu 2019-cu ilin yayına qədər bu komandanın şərəfini qoruyacaq. O, cari mövsüm artıq iki klubun şərəfini qoruduğundan (“İnter” (indiki “Keşlə”) və “Kukesi”), “Qəbələ”də oyunlara yalnız yeni mövsümdən etibarən çıxa biləcək.

Son klubu Albaniya təmsilçisi “Kukesi” olan Əliyev 2017-ci ilin ikinci yarısında bu ölkədə legioner həyatı yaşayıb. O, karyerası ərzində “Qarabağ” (2006-2013), “Bakı” (2013/14), “Xəzər Lənkəran” (2014/15), “Neftçi” (2015), “İnter” (2015-2017) klublarının da formasını geyinib. Rauf 2010-cu ildə debüt etdiyi Azərbaycan yığmasında keçirdiyi 45 oyunda yeddi qol vurub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031