atatv.az
atatv.az

"Real" ulduzunu "Mançester Siti"yə satdı - 85 milyona

29-03-2018, 16:16

"Real" ulduzunu "Mançester Siti"yə satdı - 85 milyona
"Real"ın ulduzu İskonun yeni klubu müəyyənləşib.

Qaynarinfo Fanat.Az-a istinadən xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi karyerasını "Mançester Siti"də davam etdirəcək.

İddialara görə, artıq klublar transferi razılaşdırıb. "Mançester Siti"nin "Real"a 75 milyon funt-sterlinq (təxminən 85 milyon avro) ödəyəcək. İngiltərə klubu futbolçunun özü ilə də müqavilə detallarını razılaşdırıb.

İsko "Real"da yetərincə forma şansı qazanmadığı üçün komandanı tərk etmək qərarına gəlib. İspaniya millisi ilə Argentinanı 6:1 hesabı ilə yendikləri matçda 3 qol vuran futbolçu oyundan sonra vediyi açıqlamada "Mənə şans veriləndə nələr edə biləcəyimi göstərdim. Amma Zinəddin Zidan mənə güvənmir. Onun etimadını necə qazanacağımı bilmirəm" demişdi. Cari mövsümdə 40 rəsmi oyuna çıxan İsko 7 qol vurub və 7 məhsuldar ötürmə edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930