atatv.az
atatv.az

190 azərbaycanlı zəngin Türkiyənin Alanya şəhərində villa alıb - ŞOK QİYMƏTLƏR

12-06-2018, 13:10

190 azərbaycanlı zəngin Türkiyənin Alanya şəhərində villa alıb - ŞOK QİYMƏTLƏR
"Ötən il 47 azərbaycanlı Türkiyənin turizm bölgəsi olan Alanya şəhərində mülk alıb".
Bunu Alanya ticarət və sənaye odasının məclis başqanı Mətin Atalay azərbaycanlı jurnalistlərlə görüşündə deyib.

Onun sözlərinə görə, Alanya şəhərində 190 azərbaycanlının evi var.


M.Atalay qeyd edib ki, Alanya şəhərində evlərin qiyməti 30 min avrodan başlayır.


"Burada evlərin qiyməti yerləşmə yerinə görə fərqlənir. Qiymətlər 30 min avro ilə 1 milyon avro arasında dəyişir. Eyni zamanda qeyd edim ki, Alanyada 27 azərbaycanlı ortaq şirkətə sahibdir. Bundan əlavə, 40 min xarici vətəndaşın da Alanyada evi var”.


Alanyanın turizm imkanlarından söz açan M. Atalay vurğulayıb ki, il ərzində Alanyaya 4 milyona yaxın turist gəlir.


“Nəticədə bölgə turizm mövsümündə 4 milyard dollar gəlir əldə edir”.(Modern.az)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829