atatv.az
atatv.az

Avropanın ən varlı insanı məlum olub

7-04-2018, 09:37

Avropanın ən varlı insanı məlum olub
"Louis Vuitton Moët Hennessy" şirkətlər qrupunun prezidenti Bernar Arno Avropanın ən varlı insanıdır.

"Report" xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

O, sərvətinin miqyasına görə, Avropada 1-ci, dünyada isə 4-cü yerdədir. "Bloomberg Billionaires Index"in versiyasına görə, Bernar Arno sərvətinin miqyası üzrə "Inditex" şirkətinin qurucusu və keçmiş rəhbəri Amansio Orteqonu ötüb. Agentlik fransız milyarderin sərvətini 70,7 milyard dollar dəyərləndirib.

Arno dünyanın ən varlı insanları arasında "Amazon" şirkətinin qurucusu Ceff Bezosdan, "Misrosoft"un qurucusu Bill Qeytsdən və amerikalı iş adamı Uorren Baffetdən geri qalır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930