atatv.az
atatv.az

ABŞ prezidentinin bəyanatı rublu “vurdu”

11-04-2018, 16:39

ABŞ prezidentinin bəyanatı rublu “vurdu”
Rus rublu ABŞ prezidentinin "Hazır ol, Rusiya, raketlərimiz gəlir!” bəyanatından sonra yenidən dəyər itkisi ilə üzləşib.

Dollar/rubl məzənnəsi 65,0125 səviyyəsinə düşüb.

***

Rusiyada rublun dollara nisbətdə məzənnəsi ucuzlaşmaqda davam edir.

Dollar 1,74 rubl bahalaşaraq 64,76 rubl olub.

Beləliklə, dollar/rubl məzənnəsi 2016-cı ilin dekabrında qeydə alınan rekordu yeniləyib.

Avronun məzənnəsi isə 2,29 rubl bahalaşaraq 80,14 rubl təşkil edib.

Moskva Birjasının indeksi 0,3%düşərək 2168,31 bənddə qərarlaşıb.

Türkiyədə də dollar zirvədən enmir. Belə ki, Qapalıçarşıda dolların alışı 4,1180 lirə, satışı 4,1200 lirə təşkil edir. Avronun alışı 5,0930, satışı 5,0950 lirədir.

Qeyd edək ki, son bir həftədə hər iki ölkənin valyutası dollara nisbətdə ən çox dəyər itirən valyutalar olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930