atatv.az
atatv.az

Valyutadəyişmə məntəqələrində dollar tapılmır, 1 dollar 66 rubla satılır

11-04-2018, 17:49

Valyutadəyişmə məntəqələrində dollar tapılmır, 1 dollar 66 rubla satılır
ABŞ-ın tətbiq etdiyi sanksiyalardan sonra Rusiyada rublun dəyərdən düşməsi prosesi bu gün də davam edib. Virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Moskvanın valyutadəyişmə məntəqələrində artıq dollar qıtlığı yaranıb. Valyutadəyişmə məntəqələri dollara sürətlə artan tələbatı ödəməkdə çətinlik çəkir, banklardan daxil olan valyuta sürətlə satılıb qurtarır.

Valyutadəyişmə məntəqələrindən birində “Business.FM.”-ə bildiriblər ki, onlarda dollar qıtlığı yoxdur, amma hazırda 1 dolları 66 rubla satırlar. Avro isə 81 rubldur. Lakin satışa daxil olan valyuta sürətlə tükənir.

Digər məntəqədə isə çox az valyutaları qaldıqlarını deyiblər. “Bizdə çox az valyuta var. Hazırda 64.90 rubldan satırıq. Bir saat sonra gəlsəniz taparıq. Valyuta çox azdır”-işçi deyib. Valyutadəyişənlər bildirirlər ki, kurs hər saat dəyişir. Digər məntəqədə isə satmaq üçün 10 min dollarlarının olmadığını deyiblər. Bildiriblər ki, tələbat həddən artıq çoxdur, bu cür iri məbləğdə dollar və ya avro tapmaq çətin məsələdir.

ABŞ prezidenti Donald Trampın “Hazırlaş Rusiya, raketlər gəlir!” tvitindən sonra rublun dəyərdən düşməsi bir az sürətlənib. Moskva banklararası birjasında 1 dollar 65 rubl psixoloji həddini keçib. Bu, 2015-ci ildən bəri ən aşağı məzənnədir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930