atatv.az
atatv.az

“Wi-Fi” dövrü bitir, “Li-Fi” və LED lampalarla internetə giriş başlayır

29-03-2018, 13:38

İşıq dalğaları ilə internetin yayılması hal-hazırda aktual olan və təkminləşdirilən bir texnologiyadır.

Atatv.az Technote-yə istinadən xəbər verir ki, "Light Fidelity” və ya "Li-Fi” adlanan bu texnologiya qlobal şəkildə "Philips” şirkəti tərəfindən istifadə edilməyə başlayıb.

Şirkətin "Li-Fi” sistemi armaturlarla əlaqəli bir sistem olub, LED lampaların bu armaturları istifadə edərək işıq spektrumu vasitəsilə yüksək həcmli məlumat ötürməsini təmin etməyə əsaslanır. Alınan işıq isə cihaza bağlanan USB çevirici vasitəsilə internetə çevriləcək.

Məlumata görə, "Li-Fi” vasitəsilə 1 saniyədə 224 Gb həcmində məlumat ötürmək mümkündür. Bu texnologiyanın digər bir üstünlüyü işığın parlaqlığı artdıqca ötürmə sürətinin də artmasıdır. Qısaca izah etsək, siz 1 saniyədə 20 film və ya 10-15 arası böyük həcmli AAA tipli oyunları endirə bilərsiz.

"Li-Fi” texnologiyasının "Wi-Fi”dən digər üstünlüyü odur ki, Wi-Fi dalğalarının problem olduğu ərazilərdə "Li-Fi” problemsiz işləyir və dalğaların gedib çata bilməyəcəyi yerləri asanlıqla internetlə təmin etmək mümkün olur.

LED lampalar vasitəsilə yayılan internet, dalğalar vasitəsilə yayılan internetdən daha təhlükəsizdir. Belə ki, "Wi-Fi” istifadə edərkən dalğalar kənar yerlərə də gedib çatır. Bu zaman ətrafdakı insanlar "Wi-Fi” şifrənizi qıraraq internetinizdən istifadə edə bilirlər. Amma "Li-Fi” texnologiyasında işıqlar divarları keçib başqa ərazilərə yayıla bilmədiyi üçün kənardan müdaxilə etmək olmur və bu da daha təhlükəsiz internet deməkdir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930