atatv.az
atatv.az

Bakıda güclü partlayış: 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb – Yenilənib

21-05-2018, 17:25

Bakıda güclü partlayış: 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb – Yenilənib
Bu gün Bakı şəhərinin Binəqədi rayonunda partlayış hadisəsi baş verib

Bakıda kafedə baş verən partlayışın ilkin səbəbi açıqlanıb.
İlkin olaraq hadisəyə qaz sızmasının səbəb olduğu bildirilir.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova bildirib ki, hadisə nəticəsində xəsarət alanların vəziyyəti ağır qiymətləndirilir.
Partlayış zamanı ölənlərin kafenin işçiləri olduğu bildirilir.
***
Bakıda kafedə partlayış olub.
Binəqədi rayonu, “Elit” Ticarət Mərkəzi yaxınlığında yerləşən kafedə baş verən partlayış nəticəsində iki nəfərin öldüyü bildirilir.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova bildirib ki, hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb olunub.
Təcili tibbi yardım hadisə yerinə çatana qədər iki nəfər ölüb. Ölənlərdən biri qadın, biri kişidir. Daha iki nəfər isə xəsarət alıb. Xəsarət alanlar Respublika Yanıq Mərkəzinə yerləşdirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930