atatv.az
atatv.az

4 yaşlı uşaq 6 aylıq qardaşını eyvandan atdı

10-03-2020, 19:32

4 yaşlı uşaq 6 aylıq qardaşını eyvandan atdı


Türkiyənin İstanbul şəhərində 4 yaşlı uşaq 6 aylıq qardaşını eyvandan atıb.

Atatv.az yerli KİV-ə istinadən xəbər verir ki, hadisə şəhərin Gümüşpala məhəlləsində qeydə alınıb. Məhəllədə 3-cü mərtəbədə yaşayan ailənin 4 yaşlı oğlu A.C.Y. qardaşı 6 aylıq E.C.Y.ni eyvandan atıb.

Qonşuların dediyinə görə, 4 yaşlı uşaq son zamanlar eyvana çıxaraq evdəki əşyaları aşağı atırmış. Atılan əşyaları çöldən gətirməyə gedən ana Ayşə Y. 6 aylıq körpəsini divanın üstünə qoyub. Böyük oğlu isə bu əsnada balaca qardaşını qucağına alaraq eyvandan atıb.

Körpə Qanuni Sultan Süleyman Araşdırmalar Xəstəxanasına aparılıb. Ovçular Polis Şöbəsində isə ananın səhlənkarlığına görə cinayət işi açılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930