atatv.az
atatv.az

Bakıda autizmli uşaq 6-cı mərtəbədən yıxılıb öldü

11-03-2020, 11:19

Bakıda autizmli uşaq 6-cı mərtəbədən yıxılıb öldü


Bakıda 7 yaşlı uşaq bədbəxt hadisə nəticəsində vəfat edib.

Atatv.az-ın "Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, hadisə martın 10-u saat 12 radələrində Abşeron rayonu, Masazır qəsəbəsində baş verib. "Yeni Bakı” yaşayış kompleksində yaşayan Rafiq Məmmədovun oğlu, 2013-cü il təvəllüdlü Əli binanın 6-cı mərtəbəsində yerləşən mənzilin yataq otağının pəncərəsindən yıxılaraq ölüb. Ə.Məmmədovun autizm xəstəsi olduğu bildirilir.

Polis və prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, ailəsi Əlinin meyitinin daxili müayinə edilməsinə etiraz edib. Məhkəmə-tibb ekspertinin iştirakı ilə meyit xarici müayinə olunub. Faktla bağlı Abşeron rayon prokurorluğunda araşdırma aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930