atatv.az
atatv.az

Bakıda qadınlar evdən 5 min manatlıq oğurluq etdi

15-05-2020, 10:06

Bakıda qadınlar evdən 5 min manatlıq oğurluq etdiBakıda evdə oğurluq hadisəsi baş verib.

“Report”un xəbərinə görə, hadisə mayın 6-sı günorta saatlarında Xəzər rayonu, Zirə qəsəbəsində qeydə alınıb.

Belə ki, naməlum şəxslər Bakıxanov küçəsində yaşayan V.Qasımovanın evindən açıq qapıdan keçməklə 1 095 manat və 4 000 manat dəyərində qızıl-zinət əşyalarını oğurlayıb.

Daha sonra V.Qasımova bu barədə polis əməkdaşlarına müraciət edib.

Faktla bağlı cinayət işi başlanılıb.

Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Yevlax rayon sakini, 1995-ci il təvəllüdlü Sitarə Məmmədova və onun həmyerlisi 1971-ci il təvəllüdlü Nigar bəkirova müəyyən edilərək saxlanılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930