atatv.az
atatv.az

Bakıda ana və qızını güllələyən şəxs tutuldu, cinayət işi açıldı

1-06-2018, 11:27

Bakıda ana və qızını güllələyən şəxs tutuldu, cinayət işi açıldı
Bakının Sabunçu rayonu, Balaxanı qəsəbəsində qətl hadisəsi törədən şəxs saxlanılıb.

Sabunçu rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, faktla bağlı prokurorluqda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanılıb.

Hadisə ilə bağlı müəyyən ekspertizalar təyin edilib və cinayəti törətməkdə şübhəli bilinən Sabunçu rayonu, Balaxanı qəsəbə sakini, 1999-cu il təvəllüdlü Sabir Qədimov tutulub.

Əməliyyat zamanı cinayətdə istifadə edilən qoşalülə ov tüfəngi aşkar edilərək götürülüb.

Qeyd edək ki, hadisə mayın 31-də gecə saatlarında Bakının Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Sadıxcan küçəsi, 13 ünvanında qeydə alınıb. Qəsəbə sakini, 1963-cü il təvəllüdlü Esmira Cəfərova və onun qızı 2001-ci il təvəllüdlü Cəfərova Aytən Mehman qızı qeyd edilən ünvanda odlu silahla güllələnib. Yaralılar 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılsa da, A.Cəfərovanın həyatını xilas etmək mümkün olmayıb. Sol çiyninin, çənəsinin çoxsaylı yaraları diaqnozu təyin edilən 1963-cü il təvəllüdlü E.Cəfərova isə əməliyyat edilib, vəziyyəti ağır qiymətləndirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930