atatv.az
atatv.az

Bakıda silahlı insident törədən şəxs polisə təslim olub - DİN

11-06-2018, 16:04

Bakıda silahlı insident törədən şəxs polisə təslim olub - DİN
Daxili İşlər Nazirliyi Bakıda baş verən silahlı insidentlə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iyunun 8-də Yasamal rayonu ərazisindəki yeraltı avtomobil dayanacaqlarının birində Bakı şəhər sakini Rafət Nərimanov münaqişə zəminində tüfəngdən açdığı atəşlə Nizami Qasımovun çiyin nahiyəsinə xəsarət yetirib.

Nəticədə N.Qasımov xəstəxanaya yerləşdirilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

R.Nərimanov könüllü olaraq Yasamal RPİ 28-ci Polis Bölməsinə gələrək istintaqa təslim olub, hadisəni törədərkən istifadə etdiyi “BPO-208” markalı tüfəngi təhvil verib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930