atatv.az
atatv.az

Kürdəmirdə ağır yol qəzası: 1 ölü, 3 yaralı

25-06-2018, 10:11

Kürdəmirdə ağır yol qəzası: 1 ölü, 3 yaralı
Kürdəmir rayonunda 1 nəfərin ölümü və 3 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Atatv.az Report-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun rayonun Sığırlı kəndi ərazisindən keçən hissəsində qedydə alınıb.

Belə ki, Qazax istiqamətdə hərəkətdə olan "Mercedes" markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı su kanalına aşıb. Nəticədə avtomobildə olan sərnişin, Goranboy şəhər sakini, 1946-cı il təvəllüdlü Tamara Hüseyn qızı Rzayeva hadisə yerində ölüb.

Onun meyiti Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə yerləşdirilib. Yaralılar müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930