atatv.az
atatv.az

Şəki Regional Perinatal Mərkəzinin direktoru tutulub

3-04-2018, 12:35

Şəki Regional Perinatal Mərkəzinin direktoru tutulub
Hazırda iş üzrə hərtərəfli, tam və obyektiv istintaq aparılmaqla qanunamüvafiq qərarın qəbul edilməsi təmin ediləcək

Şəki şəhər sakini, 1987-ci il təvəllüdlü Məmmədova Türkan İlham qızının martın 28-də Şəki Regional Perinatal Mərkəzində qeysəriyyə əməliyyatından sonra martın 31-də həmin mərkəzdə vəfat etməsi ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (Səhlənkarlıq, vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iş üzrə zəruri və təxirəsalınmaz istintaq hərəkətləri aparılaraq məhkəmə-tibb və kompleks məhkəmə-tibb ekspertizaları təyin edilib.

Cinayət işi üzrə mərkəzin direktor vəzifəsini icra edən, eyni zamanda mərkəzin Hamiləliyin patologiyası şöbəsinin müdiri Məmmədova Saniyə Hüseynovna şübhəli şəxs qismində tutulub.

Hazırda iş üzrə hərtərəfli, tam və obyektiv istintaq aparılmaqla qanunamüvafiq qərarın qəbul edilməsi təmin ediləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930