atatv.az
atatv.az

Bakıda qətl törədən şəxs 5 il müddətinə azadlıqdan məhrum edilib

19-07-2018, 23:00

Bakıda qətl törədən şəxs 5 il müddətinə azadlıqdan məhrum edilib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa zərər vurmada təqsirləndirilən Sabit Bağırovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 5 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, prokuror çıxışında S.Bağırovun 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Qeyd edək ki, qətl hadisəsi ötən ilin may ayında Nizami rayonunda kafelərdən birinin qarşısında baş verib. Belə ki, Bakının Nizami rayonu Babək prospektindəki kafelərdən birinin qarşısında Ağsu sakini Sabit Bağırov mübahisə zəminində tanışı Bakı şəhər sakini Valeh Heydərova bıçaqla xəsarət yetirib. Xəstəxanaya aparılan V.Heydərov xəstəxanada dünyasını dəyişib. Hadisədən sonra Nizami rayon 23-cü Polis Bölməsinin əməkdaşları S.Bağırovu saxlayaraq istintaqa təhvil veriblər. İstintaq dövründə onun barəsində Cinayət Məcəlləsinin (CM) 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Daha sonra ekspert rəyinə əsasən, V.Heydərovun bıçaqlanmadan ölmədiyi bildirilib və CM-nin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsinə tövsif edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930