atatv.az
atatv.az

DİN: Bakıda məktəblinin zorakılığa məruz qalması barədə məlumatlar yalandır

25-04-2018, 19:10

DİN: Bakıda məktəblinin zorakılığa məruz qalması barədə məlumatlar yalandır
Daxili İşlər Nazirliyi Bakıda məktəblinin zorakılığa məruz qalması barədə yayılan məlumatlara münasibət bildirib.
Nazirliyin mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə APA-nın sorğusuna sorğusuna cavabında qeydə edib ki, bəzi KİV-də paytaxtın Xətai rayonundakı məktəblərdən birində bir şagirdin digər iki məktəbli tərəfindən guya zorakılığa məruz qalması və döyülməsi barədə yayılan məlumatlar həqiqətə uyğun deyil: “Məsələ ilə bağlı polis tərəfindən araşdırma aparılıb, deyilənlər təsdiqini tapmayıb. Bu məlumatlar əslində hansısa maraqlı şəxslər tərəfindən məqsədli şəkil yayılan dezinformasiyadır”.

Qeyd edək ki, mətbuatda Xətai rayonunda yerləşən orta məktəbin 1-ci sinif şagirdinin 10-cu sinif şagirdləri tərəfindən zorlanması barədə məlumatlar yayılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930