atatv.az
atatv.az

Aktyordan Şuşaya görə TV-lərə sərt sözlər: “Bundan utanmırsınız?!…”

8-05-2018, 17:18

Aktyordan Şuşaya görə TV-lərə sərt sözlər: “Bundan utanmırsınız?!…”
“Şuşanın alındığı gündür. Maraq üçün anonslara baxdım, görüm, TV kanallar nə filmlər verəcək?! Yenə türk hərbi filmləri. Bilmirəm, bəlkə Türkiyədə Şuşa var? Yenə də şotland azadlıq hərəkatının qısa antologiyası və Azərbaycanın Vyetnam müharibəsində necə qalib gəldiyi haqqında filmlər”.

Minval.info xəbər verir ki, bu sözləri aktyor Azər Aydəmir telekanallarda nümayiş edilən filmlər barədə fikirlərini bildirərkən deyib.

O, bütün bunlara görə, TV-lərə “niyə” sualını ünvanlayıb, ardınca tamaşaçılara hansı ekran əsərlərinin təqdim edilməli olduğunu qeyd edib:

“Yaxşı, Vahidin (Vahid Mustafa – red.) filmlərini vermirsiniz, verməyin. Çünki bağlanan kanalların məhsulları dəhşət və qorxu yaradır. Halbuki o filmlər Prezidentin dəstəyi ilə çəkilib. Barı Vaqifin filmlərin verin, o ki hələ patrondadır. Və ya Azərbaycanfilm kinostudiyasının ərsəyə gətirdiyi ekran işlərini verin. “Dolu”, “Yarımçıq Xatirələr”, “Ağ atlı oğlan”, “Qara bağ” “Mən evə qayıdıram” və film fondunun tozlu rəflərində qalmış onlarla bizim ekran əsərləri” – Aydəmir bildirib.

Azər bəy bunun üçün telekanllara nə etməli olduqlarını izah edib. O, həmçinin TV-lərin fəaliyyətini sərt şəkildə tənqid edib:

“Müraciət edin, “zapros” göndərin. Deyəcəksiniz, onlar filmin hər nümayişinə görə pul istəyirlər. Əcəb edirlər. İstəməlidirlər. Çünki o filmlərə pul xərclənilib. O film pulunu necəsə illər ərzində çıxarmalıdır. Bəs deyil, internet resurslarından xarici filmlər oğurlayıb, qeyri-qanuni tərcümə edib efirə verməyiniz?! Qorxmursunuz ki, bir gün xarici film istehsalçıları kütləvi iddia ərizəsi ilə MTRŞ-ni beynəlxalq iqtisad məhkəməsinə verərlər?!” Hə, unutdum… Bir cavab da var ki, onu verməyi xoşlayırsınız: “Bizim hərbi filmlərin keyfiyyəti çox aşağıdır və bu, süni aktyor oyunu ilə müşahidə olunur. Ona görə biz utanırıq o filmləri verməyə. Bizə dost da baxır, düşmən də.” Onda məndə cavab verim: Efirə çağırılan qonaqların, ekspertlərin, müğənnilərin, aparıcıların 88.8% “7 rəngli bayrağın” (LGBT – red.) nümayəndələridir. Bəs, bundan utanmırsınız?!”






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930