atatv.az
atatv.az

“Mədəniyyət Nazirliyində kadr islahatları olacaq” – Nazir

10-05-2018, 16:03

“Mədəniyyət Nazirliyində kadr islahatları olacaq” – Nazir
“Biz istiqamətimizi dəyişdirmirik, işimizi davam etdiririk”.

Atatv.az-ın xəbərinə görə, bunu mədəniyyət naziri Əbülfəs Qarayev deyib. Ə. Qarayev bildirib ki, turizm sənayesi artıq iqtisadi axınla idarə olunacaq: “Çünki Azərbaycan turizmi iqtisadiyyatımıza böyük töhfə verməkdədir. Mədəniyyət işçiləri də Azərbaycanın təbliğində, tanınmasında, turistlərin cəlb olunmasında, onlarla layihələrin həyata keçirilməsində fəaliyyətə davam edəcək. Bizim muzeylərdə, qoruqlarda, hər sahədə görülən işlər Azərbaycanı tanıtmağa, dərindən öyrənməyə imkan verir”.

Nazir Mədəniyyət Nazirliyində kadr islahatlarının da olacağını vurğulayıb: “Sözsüz ki kadr islahatları olacaq. Yenilik həmişə lazımdır”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930