atatv.az
atatv.az

“Mədəniyyət.AZ” jurnalı oxuculara son borcunu da ödəyib

22-01-2020, 16:02

“Mədəniyyət.AZ” jurnalı oxuculara son borcunu da ödəyib

Jurnal 2019-cu il üçün son nömrəsi ilə oxuculara olan son borcunu da ödəmiş olur.

AZƏRTAC xəbər verir ki, il ərzində “Mədəniyyət.AZ” jurnalının səhifələrində ölkənin demək olar ki, bütün mədəniyyət hadisələri öz əksini tapıb, yubileylər, bədii və sənədli filmlər, maraqlı teatr hadisələri, festivallar, nəfis elmi və bədii nəşrlər, mədəni irsimizlə bağlı bütün əhəmiyyətli layihələr, beynəlxalq aləmdə ölkənin qazandığı uğurlar və dövlətin reallaşdırdığı qlobal mədəniyyət tədbirləri – heç biri diqqətdən kənarda qalmayıb. “Nəsimi ili”nin ən maraqlı nəşr hadisəsi də elə “Mədəniyyət.AZ” jurnalının xüsusi buraxılışı olub.

Jurnalın son sayına yenə də il ərzində təşkil olunan mədəni tədbirlərin məcmusu kimi baxıla bilər. Əvvəlcə mədəniyyət xəbərlərinə ekskursla oxucuya bir xülasə təqdim edilir, daha sonra isə konkret olaraq Bakının və bölgələrimizin mədəniyyət və sənət həyatında baş verən maraqlı faktlardan söhbət açılır.

Belə ki, VI Beynəlxalq Bakı Kitab sərgi-Yarmarkası, dahi Carli Çaplinin vəfatının 130 illiyi, Dövlət “Yuğ” teatrının 30, teatrın yaradıcısı Vaqif İbrahimoğlunun 70 illik yubileyi, rəqs sənətinin Tamilla Şirəliyeva kimi ustadları haqqında yazı, görkəmli bəstəkarımız Fərəc Qarayev haqqında əcnəbi jurnallarda çıxan məqalə, Bakıda keçirilən “Aliminium” - VI Bakı Beynəlxalq Müasir İncəsənət Byennalisi haqqında məqalə, xalqımızın adət-ənənəsini özündə qoruyub saxlayan həsirçilik sənətindən bəhs edən elmi-publisistik esse, Bakı kəndlərindən Balaxanı abidələrinə həsr olunmuş yazı və doğma Təbrizin havasını udduran səyahət xatirələri ilə oxucuların qarşında səhifələnir.

Həmişəki kimi, Ali Attestasiya Komissiyasının nəşri olaraq elmi məqalələrin də sayı kifayət qədər zəngin və məzmunlu olub.

Jurnal 2019-cu il fəaliyyətini bu sayla başa çatdırır və böyük məmnuniyyətlə 2020-ci ildə də uğur və əzmlə çalışmaq ümidindədir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Mart 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031