atatv.az
atatv.az

Yerli və beynəlxalq elektron musiqi ifaçıları Bakıda bir araya gələcək

26-02-2020, 19:01

Yerli və beynəlxalq elektron musiqi ifaçıları Bakıda bir araya gələcək

Fevralın 27-də yerli və beynəlxalq elektron musiqi ifaçıları Bakıda bir araya gələcək.

AZƏRTAC xəbər verir ki,” Goethe Zentrum Baku” nun təşkilatçılığı ilə reallaşacaq tədbir M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının nəzdində olan Kamera və Orqan Musiqi zalında gerçəkləşəcək.

Konsert çərçivəsində iki eksperimental elektron musiqi ifası səslənəcək. Belə ki, konsertdə Həzi Kərim və Anar Keytarmanın dueti, həmçinin niderlandlı modulyar- sintezator ustası Tomas Ankersmit öz dalğın və fleqmatik audio eksperimentləri ilə çıxış edəcəklər.

Gecə proqramı çərçivəsində sərt industrial musiqi Skalodromda ifa olunacaq. Moskvanın məşhur “Mutabor” klubundan Poima canlı duet ifa edəcək. Həmçinin gecədə Berlinin əfsanəvi “Trezor” klubunun nümayəndəsi və Almaniyanın texno səhnəsinin veteranı Pacou çıxış edəcək. Onlar səhnəni Reef, Leo Hazree və Tasktydusk ilə bölüşəcəklər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930