atatv.az
atatv.az

İki aparıcı arasında qalmaqal: “Heç bir qadın kişiyə o sözü deməzdi” – Video

2-06-2018, 12:40

İki aparıcı arasında qalmaqal: “Heç bir qadın kişiyə o sözü deməzdi” – Video
Gərginliyin günü-gündən artdığı “Maşın” şouda daha bir qalmaqal aparıcılar Mətanət Əliverdiyeva və Aytən Səfərova arasında yaşanıb

Axşam.az xəbər verir ki, buna səbəb Mətanətin aktyor Cavidan Novruzla Aytən arasında baş verən mübahisəyə qoşulması olub.
Belə ki, nahar vaxtı Cavidanla Aytən mübahisə edib. Səfərova Cavidanı maşın ətrafında etdiyi zarafatlarına görə “Duzsuz” adlandırıb. Daha sonra bir-birini təhqir edən məşhurlar arasına Mətanət girib.
O, aktyora “Əsəbiləşmə, başın xarabdır. O, kimdir ki, ona görə əsəbiləşirsən? O, ömrü boyu…. Onu məndən yaxşı tanıyan yoxdur. O, ağzının danışığını bilmir” deyib.
Əliverdiyevanın bu sözləri Səfərovanı özündən çıxarıb. Canlı yayımda hər iki aparıcı sözləşib.
Mətanətin “Mən maşın ətrafında sakit dayana bilmərəm. Zarafat da edirəm, “şpaqat” da açıram. Əcəb edirəm. Kim istəyir, baxsın, istəməyən, xoş gəldi” deməsinə cavab olaraq Aytən “Mən camaatın qarşısında “şpaqat” açmaram. Bu da mənim xarakterimdir. Yadından çıxartma ki, bir vaxtlar sənin bu hərəkətinə görə mən işimdən olmuşam” deyib.
Daha sonra Mətanət bildirib ki, sözünün üstə durur:
“Heç bir qadın kişiyə o sözü deməzdi”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930