atatv.az
atatv.az

Nəsib Nurla Kənan Xəzər TV-də vəzifələrindən azad olundular

5-07-2018, 16:27

Nəsib Nurla Kənan Xəzər TV-də vəzifələrindən azad olundular
“Xəzər” telekanalında kadr dəyişikliyi baş verib. Bu saatlarda telekanalda proqramlar departamentinin rəhbəri vəzifəsində çalışan Kənan Bayramov işindən uzaqlaşdırılıb.

Eyni zamanda aparıcı Nəsib Nur da vəzifəsindən azad edilib.

Qeyd edək ki, Nəsib Nur “Xəzər” FM-də direktor vəzifəsində çalışırdı. Daha sonra o, yeni yaradılan “Dalğa” TV-yə yaradıcılıq üzrə rəhbər təyin edilmişdi.

***

Aparıcı Nəsib Nur “Qafqazinfo”ya açıqlamasında xəbəri təsdiqləyib. O, Kənan Bayramovla birgə vəzifədən getdiyini bildirib.

***

Xəzər TV-nin proqramlar departamentinin rəhbəri Kənan Bayramovun kanaldan getməsinin təfərrüatı məlum olub.
K. Bayramov vəzifəsindən öz istəyi ilə çıxıb. O, iclasda işlərinin çox olduğunu bildirib.

Nəsib Nur da Kənan Bayramova görə televiziyadan ayrılıb. Kanaldan bildirilib ki, əslində televiziyada ən reytinqli proqramlara layihə rəhbərləri təyin edilib və departamentin səlahiyyətləri azalıb. K. Bayramov da bundan narahat olaraq kanalı tərk edib. (Qafqazinfo)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930