atatv.az
atatv.az

Kim kimə qadağa qoyub?

16-07-2018, 16:56

Kim kimə qadağa qoyub?
Əməkdar artist Röya Ayxan son bir neçə müddətdir ki, “Atv maqazin onlarla” verilişində yer almır


Axşam.az-ın məlumatına görə, bir müddət əvvəl müğənninin mahnılarının “Hit-parad” rubrikasında yer alması onun xoşuna gəlməyib. Rubrikaya qonaq olan sənətçilərin Röyanın mahnısını tənqid etməsi qarşı tərəfi əsəbiləşdirib.

Proqramın aparıcısı Afaq Gəncəli ilə R.Ayxanın bu məsələyə görə aralarında qalmaqal yaşanıb. Həmin ərəfədə Afaqın proqramda Röyaya qadağa qoyduğu xəbəri yayılmışdı. Aparıcı onunla bağlı süjetlərin verilişdə yayımlanmasına icazə verməyib.

Röya isə bu haqda İnstaqramda paylaşım edərək aparıcının ünvanına “Bunlar düzdür mənim “Kuvşin”im? Həyatdır, hər şey ola bilər. İnsanlar durmadan dəyişir, mən bunun günahını estetik əməliyyat edən həkimlərdə görürəm” sözlərini demişdi.
Prodüser Tarix Əliyev isə ötən gün İnstaqram səhifəsindəki paylaşımla diqqət çəkib. O, əslində veriliş yox, Röyanın onlara qadağa qoyduğunu iddia edib. O, əkizlər Sevil və Sevincin verilişdə Röyanın adını çəkməməsinə belə münasibət bildirb:

“Dedilər ki, Röya bizə qadağa qoyub onun adını çəkməyin?”






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031