atatv.az
atatv.az

Şeyxülislam: "Azərbaycanda saxta molla problemi var"

15-05-2018, 15:33

Şeyxülislam: "Azərbaycanda saxta molla problemi var"
"Ola bilsin bəzi dövlətlərdə Ramazan ayının başlaması fərqli vaxtlara təsadüf edir".

Atatv.az APA-ya istinadən xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə deyib.

"Mayın 17-si ilk gündür. Şəvval ayının birinci günüdür. Mən isə sabahdan artıq orucumu tutmağa başlayacam".

A.Paşazadə qeyd edib ki, din xadimlərinin iftara qədərki ehsan mərasimlərində iştirakı düzgün deyil:

"Bu Allaha qarşı getməkdir. Xahiş edirik ki, bu məsələyə diqqət edin. Yalançı mollalar da narahatedici məqamlardandır. Azərbaycanda saxta molla problemi var. Yalançı mollaların fəaliyyət göstərdiyini görürük. Qeydiyyatdan keçməyənlər molla əvəzi işləyirlər. Dini mərasimlərin sırf mollalar tərəfindən aparılmasına diqqət edilməlidir. Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi bu məsələdə bizə yardım etməlidir".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930