atatv.az
atatv.az

MSK qeydiyyatdan keçən müşahidəçilərin sayını açıqlayıb

30-03-2018, 17:23

MSK qeydiyyatdan keçən müşahidəçilərin sayını açıqlayıb
“Azərbaycanda aprelin 11-də keçirilməsi nəzərdə tutulan prezident seçkilərini izləmək üçün 52 ölkənin vətəndaşları müşahidəçi kimi qeydiyyatdan keçiblər”.

“Report” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

O bildrib ki, beynəlxalq müşahidəçilərin qeydiyyat prosesi hələ də davam edir.

MSK sədri qeyd edib ki, ölkə üzrə müşahidə aparmaq üçün 1281 müşahidəçi qeydiyyatdan keçib: “Onlardan 277-si öz təşəbbüsü, 783-ü QHT-lərin xətti, 220-i partiyaların təşəbbüsü, 1 nəfər isə xüsusi icazə ilə müşahidəçi qismində qeydiyyatdan keçib. Dairələr üzrə 53 min 900 müşahidəçi qeydiyyatdan keçib. Bunların arasında 12 partiyanın müşahidəçiləri var”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Mart 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031