atatv.az
atatv.az

Türkiyə, Rusiya və İran prezidentləri Ankarada toplaşır

31-03-2018, 16:03

Türkiyə, Rusiya və İran prezidentləri Ankarada toplaşırAprelin 4-də Suriya böhranının tənzimlənməsi ilə əlaqədar Ankarada Türkiyə, Rusiya və İran prezidentləri Rəcəb Tayyib Ərdoğan, Vladimir Putin və Həsən Ruhani arasında görüş keçiriləcək

APA-nın “Anadolu” agentliyinə istindən verdiyi məlumata görə, bu barədə Türkiyə prezidentinin mətbuat xidməti məlumat yayıb.

Zirvə görüşü çərçivəsində R. T. Ərdoğan və H. Ruhani arasında ikitərəfli görüşün keçirilməsi də nəzərdə tutulur. Görüşdə ikitərəfli münasibətlərlə bərabər, regional və qlobal məsələlər barədə də müzakirələr aparılacaq.

Bundan əvvəl, aprelin 3-də isə Ankarada Türkiyə-Rusiya Strateji Əməkdaşlıq Şurasının 7-ci iclası keçiriləcək.

Türkiyə prezidentinin mətbuat xidmətinin yaydığı məlumata görə, Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putinin iştirak edəcəyi toplantıya iki ölkənin nazirləri qatılacaq. Strateji Əməkdaşlıq Şurasının iclasında iki ölkə arasında əlaqələrin inkişafı diqqət mərkəzində olacaq, regional və qlobal məsələlərlə bağlı fikir mübadiləsi aparılacaq. Həmin gün V. Putinin iştirakı ilə Akkuyu Atom Elektrik Stansiyasının təməlatma mərasimi də keçiriləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930