atatv.az
atatv.az

Avropa liderləri Rusiyanın G-7-yə qatılmağının əleyhinədir

9-06-2018, 09:57

Avropa liderləri Rusiyanın G-7-yə qatılmağının əleyhinədir
Kanadada keçirilən G-7 ölkələrinin sammiti ərəfəsində Almaniya kansleri Angela Merkel, Böyük Britaniyanın baş naziri Tereza Mey, Fransa prezidenti Emmanuel Makron və İtaliyanın baş naziri Cuzeppe Konte arasında görüş olub.



APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, söhbət zamanı ölkə liderləri həmçinin Rusiyanın G-8 formatına qayıdışına toxunublar.



“Avropanın mövqeyi – Rusiya qayıtmamalıdır”, deyə Fransa prezidenti E.Makrona yaxın mənbə liderlərin qərarlarını açıqlayıb. Bununla belə bildirilir ki, dövlət başçıları Moskva ilə dialoq qurma imkanını nəzərdən keçirirlər.



Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Rusiyanı sammitdə görmək istədiyini bəyan edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930