atatv.az
atatv.az

Donald Tramp: "Bütün terrorçular Parisdədirlər"

16-06-2018, 10:15

Donald Tramp: "Bütün terrorçular Parisdədirlər"
Amerika lideri Donald Tramp "Böyük yeddilik" sammitində Fransa prezidenti Emmanuel Makron ilə görüş zamanı bildirib ki, "bütün terrorçular Parisdədirlər".

“Report” xəbər verir ki, bu barədə rəsmi diplomatik mənbələrə istinadən "The Wall Street Journal" nəşri yazıb.

Bildirilir ki, İran və terrorçuluqla bağlı vəziyət barədə müzakirələr zamanı Tramp Makrona xitabən deyib:

"Sən bunu bilməlisən, Emmanuel, çünki bütün terrorçular Parisdədirlər".

Tramp həmçinin Yaponiyanın baş naziri Sindzo Abe ilə söhbəti zamanı immiqrasiya prosesini Avropa üçün böyük təhlükə adlandırıb:

"Sindzo, sənin belə bir problemin yoxdur, lakin mən sənə 25 milyon meksikalı göndərə bilərəm, sən isə tezliklə vəzifəndən gedəcəksən".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930